AZ

Rusiyalı prodüser Azərbaycan Prezidentinə təşəkkür etdi

BAKI, 14 iyun. TELEQRAF.

Çəkilişləri İranda aparılan “Tanrı olmaq çətindir” serialının çəkilişlərinin bərpasından hələ söhbət getmir.

Teleqraf xəbər verir ki, “Team Films” kinostudiyasının prodüseri Teymur Cəfərov bu barədə TASS-a açıqlamasında danışıb.

O bildirib ki, çəkiliş prosesi ilə bağlı qərarlar daha sonra veriləcək: "Hazırda İranda çəkilişlərin bərpası barədə danışmaq tezdir -ölkədə hərbi əməliyyatlar davam edir. Çəkilişlərin necə, nə vaxt və harada davam etdiriləcəyi ilə bağlı qərarı Moskvadakı bütün prodüser qrupu verəcək".

Onun sözlərinə görə, çəkiliş qrupunun İrandan təxliyyəsi fövqəladə qaydada həyata keçirilib: "Gecə növbəsi başa çatdıqdan sonra partlayışlar barədə eşitdik və komanda orada qalmağın təhlükəli olduğunu başa düşdü. Biz regionun mürəkkəbliyini əvvəldən nəzərə aldıq. Tez bir zamanda ərazini tərk etməyə hazırlaşdıq".

T.Cəfərov həmçinin təcili təxliyə və köməyə göstərdikləri misilsiz dəstəyə görə Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovaya, Rusiya Xarici İşlər Nazirliyinə, Rusiyanın Tehrandakı səfirliyinə və Rusiya Konsulluğuna, Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Media Qrupunun və NTV-nin rəhbərliyinə təşəkkür edib.

Prodüser bildirib: "Cəmi bir neçə saat ərzində 90 nəfəri toplaya bildik. Azərbaycan tərəfdən də bizə hər cür kömək etdilər: əvvəllər bağlı olan quru sərhədini açdılar".

Seçilən
17
3
teleqraf.com

4Mənbələr