İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahunun bazar ertəsi planlaşdırılan toyunun İranla münaqişə səbəbindən ləğv edildiyi bildirilir.
Turkustan.az xəbər verir ki, yerli media Avner Netanyahu və nişanlısının daha əvvəl toy tarixini 16 iyun təyin etdiyini yazıb.
Avnerin toy tarixinin 16 iyunda olması İsrail ictimaiyyətində bəzilərinin reaksiyasına səbəb olmuşdu.
Qəzza zolağında israilli məhbusların olmasına baxmayaraq, Netanyahunun oğlu üçün toy mərasimi keçirəcəyi ilə bağlı ictimai tənqidlər olub.
Aytən Yaşar/ Turkustan.az