AZ

İlkin Fikrətoğlu Kurban Berdıyevlə bağlı bədbin proqnoz verdi - VİDEO

Azərbaycan Premyer Liqasında son illər görməyə adət etdiyimiz mövsüm sonundakı tablo yenə pozulmadı.

“Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə ölkə çempionu oldu və Çempionlar Liqasında ikinci mərhələdən oynamaq huququ qazandı.

“Sabah” Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına, çempionatda ikinci yeri tutan ”Zirə” və bürünc medalçı “Araz-Naxcıvan” isə Konfrans Liqasına vəsiqə əldə etdi.

10 komanda arasında ən az xal toplayan “Səbail” I Liqaya yuvarlandı.

İlk “beşlik”dəki komandalar arasında mövsümü medalsız, titulsuz bitirən yeganə klub “Turan Tovuz”dur. Tovuz təmsilçisi bu mövsüm əsas 3 məqamla yadda qaldı:

Çempion komandadan ən cox xal alan rəqib olaraq, hər oyuna düşən orta azarkeş sayına görə rekordçu kimi, bir də Tovuzda istifadəyə verilən futbol akademiyası və Kürdəxanıda inşa edilən bazaya görə.

Komandanın nəticəsinə gəlincə, ilk 6 turu 4 qələbə, 2 hec hecə ilə başa vuran Kurban Berdıyevin komandası sonradan axsamağa başladı.

Liderdən xal alıb, autsayderlər – “Səbail”, “Kəpəz”, “Şamaxı” ilə görüşlərdə sürpriz xallar itirdi. Ard-arda zədələnmələr optimal heyıət qurmağa probem yaratdı bu da nəticədə əksiin tapdı.

Komandanın heyəti medallar uğrunda oynamaq ucun yetərsiz idi. Üçüncü yer uörunda mübaruzədə əsas rəqiib olan “Araz Naxçıvan” son 7 oyunda cəmi 1 qələəb qazandı.

Zarafatla desək. hər şeyi etdilıər ki tovuzlular gəlib ilk “üçlüy”ə daxil olsun.

Amma “Araz”ın xal itirdiyi turlarda “Turan Tovuz” da ondan geri qalmadlı. Demək ki, bu komanda Avropaya cıxmağa hazı deyildi.

Kubokun finalında “Aılah, Allah” deyib, “Qarabağ”ın “Sabah”ı udmasını arzulamaqdansa, Berdiyev vaxtında lazımı xallar toplayıb, məsələni çempionatda həll etməli idi.

“Turan Tovuz”un rəhbər məsəlsində bəxti gətirib. Ehtiram Quliyev məşqçiyə, futbolçuya 2 ay vaxt qoyan rəhbərlərdən deyil.

Hələ “Turan Tovuz”u himayəsinə götürdüyü vaxt mediaya demişdi ki: “Sponsor gələn kimi nailiyyət əldə olunmur, bu, gələcəyin işidir.

Bu gün yatırım edirik ki, faydasını 5-10 il sonra görə bilək. Futbol nailiyyəti olsa, nə gözəl! Amma uğursuz olsa belə, bu, bizi ruhdan sala bilməz” - sitatın sonu.

Həmin yatırım Kürdəxanada baza tikməklə. Tovuzda akademiya inşa etməklə ortadır. Qalır səbrsiz Tovuz azarkeşlərinin tələb etdiyi nəticə.

Düzü, qoca Kurban Berdiyevin Tovuz publikasını arzularına çatdıracağına inanmaq çətindir. Madam ki Ehtiram Quliyev növbəti mövsümdə də 72 yaşlı məşqçiyə güvənəcək, müzakirəni gələn il bu vaxtlar apararıq.

Amma bu, təkcə məşqçi ilə olan iş deyil, normal heyət yığmaq lazımdır. “Turan Tovuz”un builki 6 milyon 145 min manatlıq büdcəsi buna yetmədi.

Uğur qazanmaq ucun bəs nə qədər lazımdır? Büdcə məsələsində “Araz-Naxçıvan” misalı nümunə ola bilər.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
11
sportinfo.az

1Mənbələr