AZ

Ovik Abramyandan XƏBƏR VAR

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan barəsində ev dustaqlığı şəklində qətimkan tədbiri seçilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Emin Xaçatryan bildirib.

Xatırladaq ki, Ermənistan parlamentinin keçmiş sədri, sabiq baş nazir Ovik Abramyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən aparılan cinayət işi çərçivəsində dünən saxlanılıb.

O, bir neçə maddə üzrə – pul vəsaitlərinin leqallaşdırılması (yuyulması), vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr