"Tottenhem" "Bavariya"dan hücumçu Matis Telin transfer hüquqlarını almağa yaxındır.
90deqiqe.Az xəbər verir ki, klublar tam hüquqlu transferlə bağlı razılığa gəlmək üzrədirlər. Keçidin təxminən 35 milyon avro dəyərində baş tutacağı gözlənilir.
2025-ci ilin fevralında "Spurs"a qoşulan Tel bu müddət ərzində bütün turnirlərdə səkkiz oyunda iştirak edib və bir qola imza atıb. Futbolçunun "Bavariya" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, Matis Telin bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.