ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.
İsrail aqressiya nümayiş etdirməyə davam edərsə, İran tərəfi daha güclü cavab verəcək.
İslam Respublikasının rəhbəri Məsud Pezeşkian bu barədə Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı bildirib.
“İsrail təcavüzünü təkrarlamaq istəsə, daha sərt və daha güclü cavabla üzləşəcək”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində Moskvanın İsrailin İrana qarşı hərbi əməliyyatını pislədiyini bildirib.
DOĞRU.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.