BAKI, 14 iyun. TELEQRAF
İsrailin zərbələri nəticəsində Şərqi Azərbaycan vilayətində azı 30 hərbçi və İran Qızıl Aypara Cəmiyyətinin bir əməkdaşı həlak olub.
Teleqraf İSNA agentliyinə istinadən xəbər verir ki, bu vilayət rəsmiləri məlumat yayıb.
Xəbərdə bildirilir ki, İsrailin iyunun 14-də endirdiyi zərbələr nəticəsində Şərqi Azərbaycanda 55 nəfər isə xəsarət alıb.