AZ

''Fənərbaxça''nın Portuqaliyadakı toplanışda rəqibləri bəlli oldu

''Fənərbaxça''nın mövsümöncəsi hazırlıq dönəmi ilə bağlı bəzi detallar məlum olub.

"Football-plus.az"ın məlumatına görə, klubdan verilən rəsmi açıqlamada komandanın yeni mövsümün hazırlıqlarına iyulun 6-dan etibarən başlayacağı qeyd olunub.

Futbolçular həmin tarixdə bazada toplanacaq və iki gün ərzində tibbi müayinədən keçəcəklər. İyulun 8-də ''Can Bartu'' bazasının meydançasında yeni mövsümün ilk məşqi reallaşacaq. Burda məşqlər iyulun 14-nə qədər davam edəcək. İyulun 14-də isə İstanbul nəhəngi toplanış üçün Portuqaliyanın cənubunda və Atlantik okeanın sahilində yerləşən Albufeyra şəhərinə yollanacaq. Yayda sərin havası ilə məşhur olan bu zonada həmin vaxt Avropanın bir çox önəmli klubları da toplanış keçəcək.

''Sarı-lacivərdlilər''in yoxlama oyunlarındakı rəqibləri də bəlli olub. Komanda iyulun 17-də ''Portimonense'', 20-də ''Sanderlend'', 23-də ''Əl-İttihad''la qarşılaşacaq. Son matçı isə ''Fənər'' iyulun 26-da Lissabonda ''Benfika''ya qarşı keçirəcək. Bu oyun ''Eysebio Kuboku'' çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Joze Mourinyo ilə yola davam etmək qərarına gələn ''Fənər'' Çempionlar Liqasında mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayacaq. Rəqib iyulun 21-də baş tutacaq püşkatmadan sonra bəlli olacaq.

Seçilən
30
1
football-plus.az

2Mənbələr