AZ

Jordi Alba “İnter Mayami”dəki iki ilini şərh etdi

“İnter Mayami”nin 36 yaşlı ispan sol cinah müdafiəçisi Jordi Alba MSL klubunda keçirdiyi iki il haqqında təəssüratını paylaşıb.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, ispan futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Klub mənim haqqımda ilk gündən həqiqətən qayğılanıb. Mənim ailəm də özünü burada evdəki kimi hiss edir, özümün isə əvvəlki kimi yarışmaq və qalib gəlmək istəyi var. Ümidvaram ki, bizə, bir klub olaraq can atdıqlarımızın çoxuna müvəffəq olmaq müyəssər olacaq.

Olsun ki, mənim 36 yaşım var, amma hələ də istəkliyəm, bu isə, mənim, butslarımı mıxdan asacağım günə qədər belə olacaq. Hələ ki mənim bədənim tap gətirir və mən elə, həmin köklənməni saxlaya bilirəm. Mən qarşımda müəyyənləşdirdiyim hər məqsəd uğrunda mübarizə aparmağa davam edəcəyəm”, deyə Alba vurğulayıb.

Xatırladaq ki, Jordi Alba “İnter Mayami”yə 2023-cü ilin iyul ayından “Barselona”dan azad agent qismində keçib. İspan futbolçu MLS klubu ilə müddəti 2027-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Alba “İnter Mayami” üçün 21 oyuna 1 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Albanın “vağlar”n heyətindəki çıxışının ümumi mənzərəsi isə 72 oyun, 8 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Jordi Alba “İnter Mayami” ilə “Supporters’ Shield” (2023/2024) və Liqalar Kubokunun (2023) qalibi olub.

Seçilən
30
arena.az

1Mənbələr