AZ

Zelenski: Avropa ABŞ-siz qərar verə bilmir

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya qoşun yeritməyi planlaşdıran “könüllülər koalisiyası”nın fəaliyyətinin ləngidiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, V.Zelenski bunu ABŞ-nin laqeyd münasibəti ilə bağlayıb.

Ukrayna Prezidenti bildirib: "Koalisiyanın fəaliyyəti ləngiyir. Bilirsinizmi, bu niyə baş verir? Yox, onlar yorulduqları üçün üz döndərməyiblər. Bu vəziyyət onu göstərdi ki, Avropa hələ özü üçün qərar verməyib ki, Amerika orada olmasa, bütünlükdə Ukraynanın yanında olacaq, ya yox. Baş verən budur".

Onun fikrincə, ABŞ-ın bu koalisiyanı dəstəkləməyə “enerjisi yoxdur”: "Ya da ABŞ onlar qədər enerjiyə malik deyil. Belə olan təqdirdə, onlar düşünürlər gücləri çatacaqmı. Avropa ölkələri uzun müddət düşünəndə isə bir-birləri ilə çox danışırlar. Və tərəddüdlər yaranmağa başlayır".

Prezident əlavə edib: “Əgər Tramp sanksiyalar tətbiq etməsə və Rusiyaya qarşı addımlar atmasa, sizə açıq deyəcəyəm, bizim üçün çox çətin olacaq”.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr