AZ

Prezident İlham Əliyev Britaniya Kralını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimaliİrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki,təbrikdə deyilir:

"Əlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının millibayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızdabütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimitəbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında xoş ənənələrəəsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk.Ölkələrimiz arasında dostluq münasibətlərinin, müxtəlif sahələriəhatə edən qarşılıqlı faydalı əməkdaşlığın gündən-günə genişlənməsibizi sevindirir. Mühüm iqtisadi tərəfdaşlarımızdan biri olanölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirakedirlər.

Enerji sahəsində uzun illərdən bəri davam edən ənənəviəməkdaşlığımız strateji xarakter daşıyır. Eyni zamanda bərpa olunanenerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçid vədekarbonizasiya məsələlərinin bu gün Azərbaycan-Birləşmiş Krallıqikitərəfli gündəliyində aparıcı yer tutmasını məmnunluqla qeydetmək istərdim.

Əminəm ki, qarşılıqlı fəaliyyətimizin böyük potensialındanyararlanaraq ölkələrimiz arasında dostluq əlaqələrinin vəəməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində bundan sonrada birgə səylər göstərəcəyik.

Əlahəzrət, bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir,möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdəuğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıqarzulayıram".

Seçilən
25
49
az.trend.az

10Mənbələr