AZ

Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini İlham Əsgərov saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

 Araşdırmalarla şəxsin rayon ərazisindəki meşəlik ərazidə odlu silah gizlətməsi məlum olub.

Əraziyə baxış zamanı oradan bir ədəd "AKMS" markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 15 ədəd patron aşkarlanaraq götürülüb.

Seçilən
15
operativmedia.az

1Mənbələr