AZ

İranı “viran qoyan” İsrail niyə “Fordo” nüvə obyektinə hücum etməyib? – ŞOK SƏBƏBLƏR

İran İsrailin Fordo nüvə kompleksinə “məhdud ziyan vurduğunu” iddia edir. Eyni zamanda İsrailin özü də Fordovu vurmadığını deyir.

Eyni zamanda, İsfahanda yerləşən başqa bir mühüm nüvə obyekti də zədələnməyib.

KONKRET.az xəbər verir ki, analitiklərin və Qərb mediasının diqqətini çəkən də budur. Söhbət uran yanacağı anbarından gedir. Hansı ki, Fordo İranda ən böyük belə obyektlərdən biridir. İsfahana irimiqyaslı zərbələr endirməsinə baxmayaraq, Qərb kəşfiyyatının məlumatına görə, İsrail aviasiyası nüvə arsenalı yaratmaq üçün gizli proqramın mühüm hissəsi sayılan bu obyektə hücum etməyib.

MAQATE-nin direktoru Rafael Qrossi “The New York Times” qəzetinə müsahibəsində təsdiqləyib ki, müfəttişlər bu yaxınlarda anbarda yanacağın inventarını aparıblar. Yoxlamaların nəticələrinə dair hesabat bu ayın əvvəlində agentliyin idarə heyətinin üzvlərinə paylanılıb.

İsrail həqiqətən də uranın metala çevrilməsi laboratoriyalarına hücum edib, lakin yanacağın özünə birbaşa təsir göstərməyib. Eyni zamanda, baş nazir Netanyahunun dediyi kimi, İran doqquz və bəlkə də on nüvə başlığı yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Netanyahu həmçinin qeyd edib ki, İran son aylarda “əvvəllər heç vaxt görmədiyi” addımlar atıb, yəni toplanmış uranı faktiki olaraq silaha çevirməyə çalışıb.

İsrail hakimiyyəti ordunun İsfahandakı nüvə yanacağı anbarına hücumdan çəkinməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, amerikalı ekspertlər bir neçə mümkün səbəb səsləndirirlər.

Onlardan biri radioloji hadisə riskidir. Amerika Alimləri Federasiyasının nüvə analitiki Con Volfstellin fikrincə, anbara hücum radioaktiv materialların sızmasına və bununla da obyektin “çirkli bombaya” çevrilməsinə səbəb ola bilər. Tərifinə görə nüvə partlayışının baş verməsi mümkün olmasa da, radioaktiv uranın atmosferə atılmasının özü əhali üçün ciddi təhlükə yaradardı.

Digər səbəb, analitiklərin fikrincə, İsrailin göstərdiyi “tarixi ehtiyatlılıq” idi. “The New York Times” xatırladır ki, 1981-ci ildə İsrail İraqdakı nüvə reaktoruna hücum edəndə bunu uran yanacağı ilə yüklənməmişdən əvvəl etmişdi. Eyni şey 2007-ci ildə Suriyada da edilib – o zaman İsrail Hərbi Hava Qüvvələrinin zərbələri radiasiya ilə çirklənmənin qarşısını almaq üçün reaktor işə başlamazdan əvvəl həyata keçirilib.

O da mümkündür ki, İsrail döyüşlərin ilk günündə həyata keçirilən zərbələrin İranın nüvə proqramını kifayət qədər zəiflətdiyinə inanır və uran anbarına hücum təhlükəsindən Tehran tərəfindən Qüdsə növbəti diplomatik və hərbi təzyiq aləti kimi istifadə olunacaq.

İsrail hakimiyyəti isə ordusunun İsfahandakı nüvə yanacağı anbarına hücum etməkdən çəkinməsinin səbəblərini açıqlamayıb.
Və nəhayət, belə bir nəzəriyyə var ki, İsfahandakı obyekt növbəti hücum dalğasında hədəfə çevrilə bilər. Təsadüfi deyil ki, prezident Tramp “sonrakı hücumların qəddar olacağını” vurğulayıb.

Natanz və İsfahandakı ciddi ziyandan sonra İranın nüvə proqramını davam etdirmək üçün getdikcə daha az variantı var. Yeganə alternativ zənginləşdirilmiş uranın İsrailin zərbələrindən toxunulmaz hesab edilən dağdan oyulmuş yeraltı İİKK kompleksi Fordoya daşınması cəhdidir. Baxmayaraq ki, ABŞ onu məhv etməyə qadir olan texnikaya malikdir.

İsrail isə Fordoya hücumlarda iştirakını inkar edir və Tehranın təkziblərini informasiya müharibəsinin bir hissəsi adlandırır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr