AZ

Rusiya daha 1200 cəsədi Ukraynaya təhvil verdi


Rusiya daha 1200 Ukrayna əsgərinin cəsədini Ukraynaya təhvil verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Qərargahdan bildirilib ki, yaxın vaxtlarda repatriasiya olunan cəsədlərin lazımi müayinəsi və şəxsiyyətinin müəyyənləşdirilməsi işləri aparılacaq.
TASS-dakı mənbə bildirib ki, Ukrayna, öz növbəsində, Rusiyaya cəsəd təhvil verməyib.
Xatırladaq ki, Rusiya və Ukrayna İstanbulda danışıqlar zamanı ölən əsgərlərin cəsədlərinin vətənlərinə qaytarılması barədə razılığa gəliblər. Tərəflərin hər birinin 6 min cəsədi təhvil verəcəyi bildirilib.
Bundan əvvəl Rusiya iki mərhələdə 2400-dən çox cəsədi Ukraynaya təhvil verib. Ukrayna 27 əsgərinin meyitini Rusiyaya qaytarıb.
Seçilən
12
yeniavaz.com

1Mənbələr