AZ

Novella Cəfəroğlu İsraildə yaşayan övladlarının durumundan danışdı - Qoruyucu evlərdə yaşayırlar

BAKI, 14 iyun. TELEQRAF

"İsraillə İran arasında olan münaqişədə Azərbaycan barışdırııcı mövqedən çıxış edə, onları bir araya gətirə bilər. Prezident İlham Əliyev buna qadirdir".

Bu barədə Teleqraf-a açıqlamasındaDilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

N. Cəfəroğlunun sözlərinə görə, Azərbaycan Prezidentinin həm İsraillə, həm də İranla münasibətləri normaldır:

“Baxmayaraq ki, İran bizə yox ermənilərə dəstək verib. Uzaqgörən Prezidentimiz yenə də münasibətləri çox gözəl saxlayıb. Bizim orada 20-30 milyon soydaşımız var. Buna görə də bu gün ancaq Prezident İlham Əliyev bu müharibədə onları bir araya gətirib, barışıq edə bilər. Danışıqlar aparılmalı və sülh olmalıdır. Mən sülhün olmasını istərdim”.

O həmçinin əlavə edib ki, İsraildə hamının evində betondan hər tərəfi bağlı olan qoruyucu evləri var:

“Böyük evlərdə aşağıda olur, balaca kənd evlərində isə yuxarıda olur. Bombardman olduqda dövlət onlara siqnal verib, hamısı qoruyucu evlərdə yaşayırlar. Mənim İsraildə 3 oğlum var, onlar müxtəlif şəhərlərdə yaşayırlar. Həm Təl-Əvivdə, həm Beer-Şevada yaşayanlar var. Onlarla əlaqə saxlayıram, qorunduqlarını və yaxşı olduqlarını deyirlər. Hazırkı vəziyyət ilə əlaqədar yəqin ki, iş yerləri və məktəblər bir müddətlik tətil edirlər”.

Seçilən
23
teleqraf.com

1Mənbələr