BAKI, 14 iyun. TELEQRAF
Cənubi Azərbaycanın "Traktor" klubunun baş məşqçisi Draqan Skoşiç İsrailin İrana hücumuna reaksiya verib.
Teleqraf xəbər verir ki, xorvatiyalı mütəxəssis sosial şəbəkə hesabı vasitəsilə İran xalqına rəğbətini ifadə edib.
O, instaqramda İranın xəritəsini paylaşaraq "Ürəyim sizinlədir, İran xalqı" yazısını əlavə edib.
Qeyd edək ki, "Traktor" Draqan Skoşiçin rəhbərliyi altında son mövsüm İran çempionatının qalibi olub.