AZ

Əvəz Zeynallının bank kartına blok qoyuldu

BAKI, 14 iyun, TELEQRAF

"Hazırda Ankaradayıq. Həyat yoldaşım ikinci kimyaterapiya alır. Təəssüf ki, vəziyyətinin yaxşı olduğunu demək mümkün deyil-orta səviyyədədir".

Bunu Teleqraf-a açıqlamasında Türkiyədə xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib.

Onun sözlərinə görə, müalicə xərclərinin qarşılanması üçün yardımlar toplanmasına baxmayaraq, həm özünün, həm də Əvəz Zeynallının bank kartlarına blok qoyulub:

“Həm mənim, həm də Əvəz bəyin kartına blok qoyulub və hər ikisinə məhdudiyyət tətbiq edilib. Mən Beynəlxalq Bank, Əvəz Zeynallı isə Kapital Bankdan istifadə edir. Bankla əlaqə saxladıq, amma bizə bildirildi ki, bu cür hallarda guya vəsaitlərin təhlükəsizliyinin təmin olunması məqsədilə belə addımlar atılır. Beynəlxalq Banka aid kartdan isə yığılmış vəsaiti çəkə bilmirik".

M. Zeynallı bildirib ki, Əvəz Zeynallının bank hesabına müəyyən məbləğ daxil olur, lakin bu vəsaitləri götürə bilmirlər: "Görünür ki, vəziyyətlə əlaqədar əlavə olaraq Bakıya gəlməli olacağıq ki, bu da bizim üçün əlavə əziyyət deməkdir. Biz bunu sadəcə bəhanə kimi qəbul edirik".

Onun sözlərinə görə, bu yardım kampaniyası bir ay əvvəl başlayıb.

Qeyd edək ki, bağırsaq xərçəngindən əziyyət çəkən jurnalist hazırda Ankarada müalicə olunur. O, müalicə xərclətri üçün xalqa müraciət edib və yardım kampaniyası başladılıb.

Seçilən
10
4
teleqraf.com

5Mənbələr