AZ

İtaliya XİN: İran 10 atom bombası yaratmağa hazırlaşırdı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İsrail İranın nüvə və raket proqramlarının inkişafı haqqında kəşfiyyat məlumatlarına əsaslanaraq hərbi zərbələr həyata keçirib.

Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri və vitse-baş nazir Antonio Tayani Yaxın Şərqdə vəziyyətin kəskinləşməsinə həsr olunmuş parlament çıxışı zamanı bildirib.

"İsrailin xarici işlər naziri Gideon Saar mənə bildirdi ki, əməliyyatın başlanması haqqında qərar Tehranın nüvə və raket proqramları haqqında dəqiq kəşfiyyat məlumatlarına əsaslanıb", - deyə Tayani qeyd edib.

Onun sözlərinə görə, İsrail kəşfiyyatına əsasən, İran növbəti altı ay ərzində 10 atom bombası və 2 000-dən çox ballistik raket əldə edə bilərdi.

Tayani vurğulayıb ki, hadisələrin belə inkişafı təkcə İsrail üçün deyil, bütün region və beynəlxalq ictimaiyyət üçün də ciddi təhlükə təşkil edir.

O, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin İranı uranın zənginləşdirilməsi üzrə öhdəliklərini pozduğu üçün pisləyən son hesabatına istinad edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
oxu.az

1Mənbələr