AZ

Niyə Qarın Yağlarım Getmir? Doğru Yanaşmanın Sirri

Niyə

Əgər arıqlamısan, amma qarın bölgəsində yağlar hələ də qalırsa, bu o demək deyil ki, səhv edirsən. Sadəcə bədən düzgün işləyir.Qarın nahiyəsində yağların yığılması və ya orada arıqlamanın gecikməsi çox yayılmış haldır. Bu, müxtəlif səbəblərdən ola bilər: hormonal balans, genetik faktorlar, stres, yuxu rejimi və s.Bədənimiz enerji ehtiyatlarını müxtəlif yerlərdə saxlayır və qarın bölgəsindəki yağlar bəzən "son qalaraq" arıqlama prosesində daha ləng itirilir. Həmçinin, qarın nahiyəsi daxili orqanların ətrafını qoruyan yağlarla da zəngindir, və bədən bu bölgədəki yağlardan birbaşa istifadə etməyə tələsmir — o, həyati vacib yağ hesab olunur.Buna görə də, qarın bölgəsində yağın qalması arıqlama prosesində problem kimi qiymətləndirilməməlidir. Kifayət qədər tərəvəz, meyvə, proteinli qidalar və paxlalılar yemək, həmçinin kiçik kalori çatışmazlığı yaratmaq lazımdır.Sağlam yuxu da qarındakı yağların azalması üçün önəmlidir. Yaxşı yuxu aclıq hormonunun — grelinin ifrazını azaldır.Qısası, qarın yağlarından qurtulmaq üçün balanslı qidalanma, müxtəlif növ məşqlər, stressdən uzaq olmaq və yaxşı yuxu çox önəmlidir. Sadəcə idmanla bu iş bitmir, həyat tərzi dəyişməlidir.Ulusum.az

Diqqət Çəkənlər

Ərdoğandan sərt ittiham: Netanyahunun administrasiyası bölgəni fəlakətə sürükləyir

Trampın İsrailin İrana zərbəsindən xəbəri vardı

"Çox Gözəl Hərəkətlər"in aktyoru intihar astanasında - FOTO

Seçilən
12
ulusum.az

1Mənbələr