AZ

Yapon istehsalçı:daxiliyanma mühərrikindən imtina işsizlər ordusu yaradacaq

Daxiliyanma mühərrikindən kütləvi imtina dünyada on milyonlarla insanın iş yerini itirməsi ilə nəticələnəcək. Bu təkcə avtomobil zavodlarına deyil, bütünlükdə təchizat zəncirində çalışanlara aiddir. 

Avtosfer.az xəbər verir ki, bu açıqlama ilə “Toyota” şirkəıtinin direktoru Akio Toyoda bildirib. 
Yapon iş adamı bildirir ki, elektromobilə keçid heç bir halda inzibati metodlarla həyata keçirilməməlidir. Ənənəvi mühərrikli avtomobillər hələ də dünyanın əksər ölkələri üçün əvəzolunmazdır. 

Toyodanın fikrincə, istehsal prosesi də nəzərə alınmaqla elektromobillər ətraf mühiti daha da pisləşdirir. Dünyada istismarda olan 9 milyon elektromobilin ətraf mühitə vurduğu zərər 27 milyon hibriddən daha çoxdur. Elektromobilin zərərsiz olması üçün həm onun, həm də elektrikin istehsal məınbələri təmiz olmalıdır.

Vüqar Yaşaroğlu

Seçilən
26
1
avtosfer.az

2Mənbələr