AZ

Avropada kim İsraili, kim İranı dəstəkləyir? - SİYAHI

Varşava, 14 iyun. TELEQRAF

İran və İsrail arasında baş verən qarşılıqlı hücumlar və eskalasiya bütün dünyanın diqqətini bu regiona çevirib. Mövcud eskalasiya şəraitində Avropa ölkələrinin mövqeyi xüsusi əhəmiyyət kəsb edir.

"Teleqraf" İnformasiya Agentliyi Avropanın aparıcı dövlətlərinin münaqişəyı münasibətini təqdim edir.

Rəsmi Brüssel, Berlin, Paris və Londonun verdiyi açıqlamalar Avropanın həm regional təhlükəsizlik, həm də nüvə silahlarının yayılması ilə bağlı narahatlıqlarını aydın şəkildə ortaya qoyub. Avropa İttifaqının əsas liderləri – Komissiya Prezidenti Ursula von der Lyayen, Avropa Şurası Prezidenti Antonio Koşta və diplomatik xidmətinin rəhbəri Kaya Kallas tərəfləri həddən artıq ehtiyatlı hərəkət etməyə, gərginliyi dinc yol ilə azaltmağa və “maksimal səbr” göstərməyə çağırıblar. Diplomatik danışıqlar yolu ilə məsələnin həll ola biləcəyini vurğulayıblar.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə İsrailə hərbi dəstək vermədiklərini, özünü müdafiə hüququnu tanıdığını, amma diplomatik yolla gərginliyin azaldılmasının zəruriliyini vurğulayıb. Eyni zamanda İranın nüvə proqramı ilə bağlı İngiltərənin ciddi narahatlığını ifadə edib.O, lazım gəlsə İsrailə yeni sanksiyaların tətbiq oluna biləcəyini də bildirib.

Bu ölkənin xarici işlər naziri David Lammy isə iranlı həmkarını sakit olmağa çağırıb və britaniyalılara səyahət məhdudiyyətini tövsiyə edib.

Fransa Prezidenti Emmanuel Makron İsrailin müdafiə haqqını tanısa da, hadisələrin “dərin narahatlıq doğurduğunu” və diplomatik danışıqların önəmini qeyd edib. O, həmçinin İranın regionu qeyri-sabitləşdirdiyini və rəsmi Parisin dəfələrlə İranın nüvə proqramını pislədiyini vurğulayıb.

Almaniya kansleri Fridrix Merts isə İsrailin İran obyektlərinə hücumunu dəstəkləyib və "İsrailin öz mövcudluğunu və vətəndaşlarının təhlükəsizliyini qorumaq hüququ" olduğunu bildirib.
Bundan başqa, kansler Təhlükəsizlik Şurasının iclasını çağırıb və Berlinin İsrailin Almaniyadakı obyektlərinin müdafiəsini gücləndirmək niyyətində olduğunu bəyan edib. Merts hər iki tərəfi gərginliyi daha da artırmaqdan çəkinməyə çağırıb və Almaniyanın İranın nüvə silahı proqramı ilə bağlı narahatlığını xatırladıb.

İtaliyanın xarici işlər naziri Antonio Tajani də gərginliyi azaltmağa çağırıb. İsrailli həmkarına zəng etdiyini və eyni tələbi daha sonra İranın xarici işlər nazirinə də edəcəyini vurğulayıb.

Çexiya hökuməti İsrailin hücumunu “məqbul hərəkət” kimi qiymətləndirərək İranın nüvə proqramına yönəlmiştədbirləri müdafiə edib.

Bu qarşıdurma çərçivəsində Polşa hökuməti isə rəsmi Avropa İttifaqı (Aİ) mövqeyindən çıxış edərək, həm ehtiyatlılıq, həm də möhkəm təhlükəsizlik siyasətini önə çəkib.

Bəzi liderlər isə İsrailin hərəkətlərini açıq şəkildə tənqid edirdilər.

İspaniya baş nazirinin müavini Yolanda Diaz İsrailin baş naziri Benyamin Netanyahunu “dünyanı eskalasiyasına doğru sürükləməkdə” günahlandırıb. O, İsraili beynəlxalq hüquqa hörmət etməyə, dünya ölkələrini isə İsrailə qarşı dərhal sanksiyalara və ədalətli və davranışa çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücumları “açıq-aşkar təxribat” adlandırıb və bu addımı qınayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
İran iyunun 14-ündə gecə saatlarında“Əsl vəd-3” adı altında paytaxt Təl-Əviv şəhəri İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirib. Nəticədə, 3 nəfər həlak olub, onlarla şəxs yaralanıb

Seçilən
26
teleqraf.com

1Mənbələr