AZ

Şamaxı məktəblərində “Son zəng” - Fotolar

Şamaxı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhər 1 və 2 saylı tam orta məktəblərdə təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafı, onun maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən geniş söhbət açaraq, məzunları təbrik edib və onlara gələcək həyat yolunda uğurlar arzulayıblar.

Şəhər 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə 1979-cu ilin məzunları və onların xarici dil müəllimi Asif Ağayev, fizika müəllimi Adilə Dəmirova və riyaziyyat müəllimi, daha sonra bu məktəbdə 22 il məktəb müdiri vəzifəsində çalışmış 91 yaşlı Süleyman Zərbəliyev də iştirak ediblər.











Seçilən
11
qafqazinfo.az

1Mənbələr