UEFA Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Zirə” klubu Hacıağa Hacılı heyətdə saxlayıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə bağlanılıb.

O, növbəti iki mövsümdə "Zirə"nin şərəfini qoruyacaq.

Hacıağa 2020-ci ildən Bakı təmsilçisinin formasını geyinir.

Onu da əlavə edək ki, bu gün "Zirə"nin mətbuat xidmətinin yaydığı digər məlumatda 2 futbolçu - Məqsəd İsayev və Pyer Zebli ilə başa çatan müqavilələrin müddətinin uzadılmadığı bildirilib.