AZ

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub - FOTOLAR

Rusiya və Ukrayna arasında 2 iyunda İstanbulda əldə edilmiş razılaşmalar çərçivəsində növbəti hərbi əsir mübadiləsi baş tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
 
Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi əsirlər qrupu təhvil verilib.
 
Müdafiə Nazirliyindən bildirilib ki, hazırda Rusiya döyüşçüləri Belarus ərazisindədirlər və onlara zəruri tibbi və psixoloji yardım göstərilir.
 
Daha sonra bütün hərbi qulluqçular tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya çatdırılacaqlar.
 
Xatırladaq ki, tərəflər arasında əvvəlki əsir mübadiləsi 12 iyunda baş tutmuşdu.
Seçilən
9
moderator.az

1Mənbələr