Bakı. Trend:
İsrailin İran əleyhinə hücumlarının davam etdiyi halda, İranınnüvə proqramı ilə əlaqədar ABŞ ilə dolayı müzakirələrin növbətiraundunun keçirilməsi əsaslandırıla bilməz.
Trend-inməlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas AraqçiAvropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə alinümayəndəsi Kaya Kallasla telefon söhbətində deyib.
Onun sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə hücumutamamilə qeyri-qanunidir. ABŞ və 3 Avropa ölkəsinin təşəbbüsü iləAtom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İran əleyhinə qətnamətəsdiqləməsi İsrailin İranın nüvə obyektlərinə hücum etməsinəşərait və bəhanə yaradıb.
Xarici işlər naziri deyib ki, İran sülhü dəstəkləyən bütünölkələrin İsrailin İrana hücumunu qınamasını gözləyir.
“İran suverenliyi və təhlükəsizliyini qorumaq üçün İsrailinhücumuna qətiyyətli cavab verib və qarşılıqlı addım atmaq üçün özqanuni haqqından istifadə etməkdə israrlıdır”, -deyə o qeydedib.
Telefon söhbətində Avropa İttifaqının xarici işlər və siyasətməsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da bölgədə gərginliyinartmasından narahat olduğunu qeyd edib və Avropa İttifaqınınbölgədə sülhün təmin olunması və gərginliyin azaldılmasıistiqamətində Təhlükəsizlik Şurasında diplomatik səyləridəstəkləməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir ƏliHacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı“Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildəhərbi obyektlərin vurulduğunu bildirib.