AZ

Naxçıvanda bir qrup yeniyetmə paralimpiyaçı və məşqçi ilə görüş olub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 14 iyun, AZƏRTAC

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Naxçıvan Muxtar Respublikasında bir qrup yeniyetmə paralimpiyaçı və məşqçi ilə görüşüb.

MPK-dən AZƏRTAC-a bildiriblər ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə MPK-nın rəsmiləri iştirak ediblər.

Görüşdə məşqçilərin fikirləri dinlənilib, cari vəziyyət və gələcək addımlar müzakirə olunub.

Qeyd edək ki, ötən ilin sonu Sumqayıtda təşkil edilən Uşaq Paralimpiya Oyunlarında Naxçıvan Muxtar Respublikasından gələn yeniyetmə paralimpiyaçılar da mübarizə aparıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
2
azertag.az

3Mənbələr