AZ

Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edildi

BAKI, 14 iyun. TELEQRAF

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1470 kiloqram olan 6700 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Seçilən
16
10
teleqraf.com

10Mənbələr