AZ

Çempion Kyezanı apara biləcəkmi? -SON DURUM

Federiko Kyeza əsas heyətində möhkəmlənə bilmədiyi "Liverpul"u tərk etmək istəyir.

Fanat.Az xəbər verir ki, İngiltərə klubunda uğur qazana bilməyən italiyalı futbolçu ilə bağlı informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, İtaliyaya qayıtmağı planlaşdıran Kyeza artıq "Napoli" ilə mümkün transferi ilə bağlı danışıqlara başlayıb.

27 yaşlı Federiko "Liverpul"a ötən yay, 12 milyon avro qarşılığında "Yuventus"dan transfer olunub. "Qırmızılar"ın forması ilə bütün turnurlərdə 14 matça çıxan vinger 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Seçilən
12
1
fanat.az

2Mənbələr