AZ

Arda Turan məşqçilər korpusunu təqdim etdi: Kimlər var?

Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan məşqçilər korpusunu təqdim edib.

Publika.az xəbər verir ki, Ardanın sözlərini klubun mətbuat xidməti sitat gətirib.

“Birinci köməkçim əvvəllər Türkiyə millisində Fatih Terim, Şenol Günəş və Mirça Luçesku ilə çalışmış Kerem Yavaşdır. O, gənc olsa da, böyük təcrübəyə malikdir.

Emrah Karakovan həm də qapıçılar üzrə məşqçidir. Hazırda Türkiyə millisində çalışır. Gəncdir, amma təcrübəsi var.

Və Karlo bizimlədir. Mən çox xoşbəxtəm, çünki həqiqətən də Karlo Nikolini ilə işləmək istəyirəm. O, liqanı bilir, “Şaxtyor”un mədəniyyətini bilir. Bu, mənim üçün çox vacibdir. Mən yenidən Karlo ilə çalışacağam, bu dəfə məşqçi kimi. O mənim köməkçimdir. Amma mənim üçün əfsanədir.

Seçilən
4
publika.az

1Mənbələr