Rusiyalı vətəndaşlar ildə maksimum pensiya əldə etmək üçün vergidən əvvəl 230 min rubl aylıq maaş almalıdır.
News24.az xəbər verir ki, bu barədə Moskva Regional Dumasının deputatı Anatoli Nikitin RİA Novosti-yə açıqlama verib.
Nikitinin sözlərinə görə, belə maaşla illik 10 pensiya balı toplamaq mümkündür. 30 illik rəsmi iş stajı olan və bu maaşı qazanan şəxs 2025-ci ildə təqaüdə çıxdıqda təxminən 53 min rubl pensiya ala bilər.
Deputat əlavə edib ki, pensiyanı artırmağın digər yolları da var: qeyri-dövlət pensiya fondları, könüllü sığorta və fərdi əmanətlər.
Daha əvvəl senator Olqa Epifanova bildirmişdi ki, 100 min rubl maaş alan şəxslər gələcəkdə təxminən 32 min rubl pensiya alacaq.
Səma Orucova