AZ

Ukrayna Prezidenti: Sülh naminə kompromisə gedə bilərəm

BAKI, 14 iyun. TELEQRAF

“Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi Ukrayna və Rusiya arasında barışıqda kompromis axtarışına başlamaq üçün bazaya çevrilə bilər”.

Teleqraf xəbər verir ki bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezidentin sözlərinə görə, Avropa ABŞ-nin də bu prosesdə iştirak edəcəyinə çox ümid edir: “Bu o deməkdir ki, birdən nəsə baş verərsə, Amerika onların və Ukraynanın yanında olacaq”.

Dövlət başçısı hesab edir ki, ABŞ-nin bu prosesdə iştirakı Rusiyanı növbəti təcavüzkar addımlardan çəkindirəcək:

“O zaman (Qərb hərbi kontingenti Ukraynada yerləşdirildikdən sonra – red.) deyə bilərik ki, bu gün dövlətimizin 1991-ci il sərhədləri daxilində ərazilərimizi geri almağa gücü çatmır. Burada təkcə ordu deyil, hər kəs bunun üzərində işləyir”.

Zelenski bu baxımdan diplomatik kompromis tapmağa doğru irəliləmək imkanını görür:

“Bu, bizə Ukraynanı qoruyub saxlamaq və təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi iştirak etmək imkanı verir. Çünki bu, rusların geri dönməsi riskini azaldır. Ola bilsin, bu, NATO deyil, amma sizin və mənim üçün bu, təhlükəsizlik zəmanətidir”.

Seçilən
21
teleqraf.com

1Mənbələr