AZ

Ronaldonun klubuna keçəcək? - Transferin baş tutması üçün razılıq əldə edilməyə çalışılır

“Bayern”in müdafiəçisi Kim Min Jaenin karyerasında ciddi dəyişiklik ola bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu Bundesliqanı tərk edərək, Səudiyyə Ərəbistanı çempionatına keçməyə yaxındır.

28 yaşlı oyunçu ilə Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” maraqlanır.

Hazırda tərəflər arasında danışıqlar aparılır və transferin baş tutması üçün razılıq əldə edilməyə çalışılır. Onun özü də bu keçidə müsbət yanaşır.

Kim Min Jae son mövsümdə “Bayern” forması ilə 27 oyuna çıxıb, 2 qol vurub. Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Seçilən
6
sportinfo.az

1Mənbələr