AZ

Xameneiyə sərt xəbərdarlıq edildi

“Əgər Xamenei İsrailə raket zərbələri endirməyə davam edərsə, Tehran yanacaq”.Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib. “Əgər Xamenei (İranın ali dini rəhbəri – red.) İsrailin arxa cəbhəsinə raket zərbələri endirməyə davam edərsə, Tehran yanacaq”, - nazir vurğulayıb.Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.İran iyunun 14-ündə gecə saatlarında “Əsl vəd-3” adı altında paytaxt Təl-Əviv şəhəri İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirib. Nəticədə, 3 nəfər hələk olub, onlarla şəxs yaralanıb.

Hücumlardan sonra İranın bütün hava limanlarında bütün uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb.

Seçilən
50
3
metbuat.az

10Mənbələr