AZ

Bakı Qazax yolunda avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alan var

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı-Qazax yolunun 171-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Bakı istiqamətində hərəkətdə olan VAZ-2107 markalı, 42-CJ-417 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yolun sağ hissəsinə çıxıb və işıq dirəyinə çırpılıb.

"Hadisə zamanı nəqliyyat vasitəsində sürücü N.Bəşirov tək olub. O, yüngül bədən xəsarətləri alıb", - deyə məlumatda qeyd edilib.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
oxu.az

2Mənbələr