Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 1 200 hərbçisinin meyitini Ukraynaya təhvil verib.
“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Əsirlərin Koordinasiya Qərargahı məlumat yayıb.
Qeyd edilib ki, meyitlərin qaytarılması Ukrayna və Rusiyanın bu ayın əvvəlində İstanbulda apardığı danışıqlarda əldə edilən razılaşmaların bir hissəsidir.
Rusiya hakimiyyət orqanları hələlik meyitlərin təhvil verilməsi barədə rəsmi açıqlama verməyib.