BAKI, TurkicWorld
Malatya şəhərinin Pütürgə ilçəsində 4 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.
Məlumata əsasən, zəlzələ yerin 7,55 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.