AZ

“Sevimli dad” məhsulları haqqında xəbərlər ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda  bir sıra media orqanlarında “Sevimli dad” brendinə aid məhsulların istehsalının dayandırılması ilə əlaqədar məlumatlar dərc olunur.

Məlumatı, "Azera Holdinq"in Biznesin Ìnkişafı Departamentinin rəhbəri Elnur Kələntərov Marja.az-a açıqlamasında bildirib ki, dərc olunan məlumatlar əsasızdır.

"Diqqətinizə çatdırmaq istəyirik ki, süd məhsulları istehsalçısı, "Milk Pro" MMC (hüquqi şəxs) ləğv edilib. Lakin, bir zamanlar "Milk Pro" MMC-yə məxsus olan “Sevimli dad” və “MilkPro” brendləri adında süd məhsulları bu ilin əvvəlindən "Azera Holding" şirkətlər qrupuna daxil olan "Azemal" şirkəti tərəfindən istehsal olunur. Zavod tam gücündə fəaliyyət göstərir və istehlalçılara keyfiyyətli və ekoloji təmiz süd məhsullarını təqdim edir",-  Elnur Kələntərov deyib. 

sevimlidadazemalazeramilkpro
Seçilən
18
1
marja.az

2Mənbələr