AZ

Putin İranın köməyinə gələcəkmi? “Onun resursları olsaydı...”

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya İrana İsraillə müharibədə kömək etməyəcək, çünki onun lazımi resursları yoxdur.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko yerli mətbuata açıqlamasında deyib.

Diplomat tərəflərin 2025-ci il yanvarın 17-də Moskvada imzaladığı və aprelin 21-də qüvvəyə minən İran və Rusiya arasında "hərtərəfli strateji tərəfdaşlıq" sazişini şərh edib. Bu sazişə uyğun olaraq, Moskva və Tehran müdafiə sektorunda müttəfiq olublar.

"Putin necə kömək edə bilər, deyin. Onun əlavə qüvvələri varmı? Əlavə silahı varmı? Heç nəyi yoxdur. O, hətta Ukraynaya qarşı döyüşə bilmir. Onun hərəkətləri yalnız Rusiyanın heç bir resursunun olmadığını təsdiqləyir", - Oqrızko qeyd edib.

Onun sözlərinə görə, Putinin imkanları olsaydı, o, “Şimali Koreya əsgərlərini öz ərazisinə dəvət etməzdi”.

Keçmiş nazirin fikrincə, İran-İsrail münaqişəsinin Ukrayna üçün bir müsbət cəhət var: “İran çox güman ki, artıq Rusiyanı heç bir silahla təmin edə bilməyəcək – nə “Şahed”lər, nə də başqa nəsə. Ona görə də yox, Rusiya İrana, İran da Rusiyaya kömək etməyəcək. Hər birinin öz problemləri var və hər biri öz problemi ilə məşğul olacaq”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
azpolitika.info

1Mənbələr