AZ

Roma Papası İran və İsrailə çağırış etdi

Roma Papası XIV Leo İran və İsraili qarşılıqlı bombardmanlardan sonra sağlam düşüncə nümayiş etdirməyə çağırıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Reuters yayıb.

Roma Katolik Kilsəsinin rəhbəri dövlət rəhbərlərinə onların məsuliyyətini və bütün dünyada sülhün rifahı naminə birgə çalışmağın vacibliyini xatırladıb.

"Mən İran və İsraili məsuliyyətli olmağa və sağlam düşüncə nümayiş etdirməyə çağırmaq istərdim. Sülhü qorumaq və hamı üçün təhlükəsizlik və ləyaqəti təmin edən barışıq yollarını açmaq bütün ölkələrin borcudur", - pontifik Vatikandakı Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə tərəflərə müraciət edib.

XIV Leo bəyan etdi ki, nüvə təhlükəsi olmayan planetin qurulması səmimi dialoq yolu ilə baş tutmalıdır - bu, davamlı sülhün yaradılmasının yeganə yoludur.

Xəbər 1 dəfə oxunub.
Seçilən
11
xezernews.az

1Mənbələr