İranda 5 nəfər İsraillə əməkdaşlıqda ittiham olunaraq saxlanılıb.
Sitat.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Həmin şəxslərin hamısı Yəzd şəhərində həbs edilib.
İttihama əsasən, onlar müxtəlif obyektlərin fotolarını çəkərək məlumatları İsrail tərəfinə ötürüblər.
Hazırda onların barəsində araşdırma aparılır.