AZ

İranda raket bazası yenidən vuruldu – Kermanşahda partlayış anı videoya düşdü

İranın Kermanşah şəhərində yerləşən raket bazası növbəti dəfə hava zərbəsinə məruz qalıb.

Musavat.com xəbər verir ki, yerli mənbələrin yaydığı məlumatlara və sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, zərbə nəticəsində obyektin bir hissəsində güclü partlayış baş verib və alovlanma qeydə alınıb.

Raket bazasına endirilən hücumun hansı ölkəyə məxsus qüvvələr tərəfindən həyata keçirildiyi hələlik rəsmi şəkildə açıqlanmayıb. Lakin hadisə İran-İsrail arasında qarşılıqlı hava və raket hücumlarının intensivləşdiyi vaxta təsadüf edir. Ekspertlər zərbənin İsrail tərəfindən həyata keçirilmiş ehtimalını istisna etmirlər.

Kermanşah əyaləti İran Silahlı Qüvvələrinin raket ehtiyatlarının saxlandığı və atəş mövqelərinin yerləşdiyi strateji bölgələrdən biri hesab olunur. Hədəfə alınan bazanın İranın ballistik imkanlarının mühüm hissəsini təşkil etdiyi bildirilir.

İran tərəfi hələlik hücumla bağlı rəsmi açıqlama yaymayıb.

Musavat.com

Seçilən
40
49
musavat.com

10Mənbələr