AZ

Türkiyədə xəstəxana tikintisi üçün tender elan edilib

BAKI, TurkicWorld

İtaliyanın İnter klubunun iranlı hücumçusu Mehdi Taremi, İsrailin İrana qarşı başlatdığı hücumların ardından ölkəsinin hava məkanının bağlanması səbəbilə ABŞ-da keçiriləcək FIFA Klublar Dünya Kubokuna qatıla bilmir.

TurkicWorld xəbər verir ki, İnter rəhbərliyi Tareminin təhlükəsizliyindən narahatdır.

İnter klubu 32 yaşlı futbolçunun təhlükəsizliyindən ciddi narahatlıq keçirir və onunla davamlı əlaqə saxlayır. Klub rəhbərliyi Taremini ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq düşərgəyə gətirmək üçün bütün imkanlarını səfərbər edib.

Tareminin İranı tərk edə bilməməsi, komandanın 18 iyun tarixində keçiriləcək Monterrey (Meksika) ilə oyunu öncəsi ciddi itki kimi qiymətləndirilir.

Qeyd edək ki, Mehdi Taremi, 2026 Dünya Çempionatı seçmə mərhələsində İran yığmasının Qətər və Şimali Koreya ilə qarşılaşmalarında iştirak etdikdən sonra ölkəsində qalıb. Lakin İran hava məkanının bağlanması, onun xaricə çıxışını qeyri-mümkün edib.

İnter, ABŞ-da keçiriləcək Klublar Dünya Kubokunun ilk oyununu 18 iyunda Meksika təmsilçisi Monterreyə qarşı keçirəcək. Tareminin bu matçda iştirak edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir.

Seçilən
28
turkic.world

1Mənbələr