AZ

DSX-də Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında, struktur qurumlarında və hərbi hissələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmadan, vətəndaş qarşıdurmasından xilas edərək dövlətçiliyimizin əsasını möhkəmləndirib, ordu quruculuğu və təhlükəsizlik sahəsində mühüm islahatlara imza atıb.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının və onun siyasi kursunun bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyi, torpaqlarımızın işğaldan azad edilməsi ilə suverenliyimizin tam bərpa olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Milli Qurtuluş Günü ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin təbrik telefonoqramında Milli Qurtuluş Gününün müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və ölkədə sabitliyin, inkişafın təmin olunmasında tarixi dönüş nöqtəsi olduğu bildirilib.

Tədbirlərin sonunda şəxsi heyətə “Qurtuluşa doğru” sənədli filmi nümayiş etdirilib.

2

Seçilən
21
1
poliqon.az

1Mənbələr