AZ

İsrail İrana hücumlarda 4 əsas hədəfini açıqladı – “Xamneyi hədəfimizdə deyil”


Cümə günü İranın nüvə proqramını hədəf alan hücumlara başlayan İsrail İranın azı 20 yüksək səviyyəli komandirini öldürdü. Növbəti hədəfin kimlər olacağı müzakirə edilərkən, İsraildən mövzu ilə bağlı yeni açıqlama gəlib.

İsrail Milli Təhlükəsizlik Şurasının sədri Çaxi Xaneqbi hücumlarda əsas 4 hədəfə diqqət yetirdiklərini söyləyib. O, bildirib ki, İsrailin hücumlarının məqsədi İranı nüvə proqramını tamamilə dayandırmağa məcbur edərək onu hərbi təzyiq altına salmaqdır. “İranın nüvə proqramı, ballistik raket imkanları, İsraili məhv etmək qabiliyyətinə sıradan çıxarmaq və diplomatik yollarla İranın nüvə proqramının uzunmüddətli qarşısının alınması üçün zəmin yaradılması” – deyə Xaneqbi bildirib.

İsrail ordusunun İranın nüvə proqramını məhv etmək məqsədinin olub-olmaması ilə bağlı suala Xaneqbi "Bu mümkün deyil. Bunu genetik üsullarla etmək olmaz" deyib.

Xaneqbi başladıqları hücumlarda İran lideri Ayətullah Əli Xamneyini və yüksək səviyyəli siyasi xadimləri hədəfə almayacaqlarını deyib.

TAHİR

Seçilən
8
baki-xeber.com

1Mənbələr