AZ

İranla bağlı əsas hədəf açıqlandı: Rejim dəyişikliyi

İrana hava hücumlarını davam etdirən İsrail təkcə Tehranın nüvə proqramını məhv etmək istəmir, həm də ölkədə rejim dəyişikliyinə nail olmaq istəyir.
 
Bu barədə məlumatlı mənbələrə istinadla “Reuters” bildirib.
 
“İrana qarşı hava hücumlarının əhatə dairəsi və İsrail liderlərinin bəyanatları göstərir ki, İsrail nüvə təhlükəsini aradan qaldırmaqla yanaşı, rejimi də devirməyi qarşısına məqsəd qoyub”, - məlumatda deyilir.
 
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
 
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
 
İran iyunun 14-ündə gecə saatlarında “Əsl vəd-3” adı altında paytaxt Təl-Əviv şəhəri İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirib. Nəticədə, 3 nəfər hələk olub, onlarla şəxs yaralanıb.
 
Hücumlardan sonra İranın bütün hava limanlarında bütün uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb. /Teleqraf/
Seçilən
20
moderator.az

1Mənbələr