AZ

"Xalq Kapital"ın maliyyə vəziyyəti məlum olub

"Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2024-cü ili 35 min manat xalis zərər ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 62 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja.az xəbər verir ki, “Xalq Kapital İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 2023-cü ildə 122 min manat ikən, 2024-cü ildə 55 min manat təşkil edib. O cümlədən, əqdlər üzrə komissiyon gəlirləri 2 dəfədən çox azalaraq 113 min manatdan 45 min manata geriləyib. Şirkətin əməliyyat xərcləri isə 83 min manatdan 118 min manata düşüb. 

31 dekabr 2024-cü il tarixində “Xalq Kapital" 971 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyon 5 min manat cəmi aktivlərə malik idi.

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC qiymətli kağızlar bazarında broker, diler və aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan investisiya şirkətdir. Şirkət 2007-ci ildə  “Xalq Kapital” MMC kimi fəaliyyətə başlamışdır və təsisçisi 100% payla ASC “Xalq” Bankıdır. Daha sonra 01 yanvar 2016-cı il tarixində  AR “Qiymətli kağızlar bazarı haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar, şirkətin köhnə fəaliyyət lisenziyaları qüvvədən dümüşdür. Qanunun yeni tələblərinə əsasən “Xalq Kapital İŞ” QSC yaradılmışdır və “Xalq Kapital”MMC-nin hüquqi varisi kimi AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 09.06.2017-cı il tarixli, İŞ-02 №-li lisеnziya əsasında fəaliyyətini davam etdirir.

Xalq Kapital İnvestisiya Şirkəti
Seçilən
35
marja.az

1Mənbələr