
Amerikalı jurnalist Taker Karlson İsrailin İrana hücumunda ABŞ-ın və sabiq prezident Donald Trampın birbaşa rol oynadığını iddia edib. Onun fikrincə, Tramp İsrailin hücum planından xəbərdar idi və bu, onu hadisələrin "şəriki" edir.Karlson qeyd edib ki, Vaşinqton uzun illər ərzində İsrailə hərbi yardım göstərib, silah tədarük edib və əməliyyatların koordinasiyasında iştirak edib:“ABŞ sadəcə hücumdan xəbərdar deyildi – onlar İsrailə bu hücumu həyata keçirməkdə yardım etdi. İllərlə davam edən hərbi yardım, silah tədarükü və koordinasiya ABŞ-ı bu prosesin bir hissəsinə çevirir,” – deyə o, səhər bülletenində yazıb.Karlson əlavə edib ki, ABŞ bu məsələdə “tamamilə bataqlığa düşüb”. Trampın isə İsrailin planlarından xəbərdar olduğunu və hücuma təəccüblənmədiyini etiraf etdiyini bildirib.Ulusum.az
Diqqət Çəkənlər
Ərdoğandan sərt ittiham: Netanyahunun administrasiyası bölgəni fəlakətə sürükləyir
Xameneidən sərt bəyanat: İsrailin zərbələri cavabsız qalmayacaq!
Trampın İsrailin İrana zərbəsindən xəbəri vardı