AZ

İsrailin genişmiqyaslı əməliyyatı: Təbriz, Kirmanşah və Luristana zərbələr endirilir

İsrail ordusu İranın bir neçə bölgəsinə növbəti hava zərbələri endirib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrailin “12-ci kanalı” yayıb.

Bildirilir ki, zərbələr əsasən İranın Luristan vilayətində yerləşən İmam Əli adına raket bazasına endirilib. Eyni zamanda, Kirmanşah vilayəti də hücumlara məruz qalıb.

İranın qərbində yerləşən Əsədabad şəhərində İsrailin hava zərbələri nəticəsində iki nəfərin həlak olduğu, beş nəfərin isə yaralandığı bildirilir.

Bundan əlavə, Təbriz şəhərinə də zərbələr endirilib. İsrail hücumu zamanı zərbələrin Təbriz neft emalı zavodunun ətrafındakı əraziyə tuş gəldiyi qeyd olunur.

Seçilən
26
editor.az

1Mənbələr