Rusiya Xarici İşlər Nazirliyi İsrailin hücumları fonunda rusiyalıların İrandan geri qaytarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.
Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
“Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsinə, qrupun mehmanxanada yerləşdirilməsinə və vətəndaşlarımızın Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, - məlumatda bildirilir.