İran Böyük Britaniya, ABŞ və Fransa hakimiyyətlərini rəsmən xəbərdar edib ki, İranın İsrailə hücumlarını dəf etməkdə yəhudi dövlətinə kömək etsələr, onların Yaxın Şərq və Fars körfəzi ölkələrindəki hərbi obyektləri Tehranın zərbələrinin hədəfinə çevriləcək.
"Bakuinfo" bu barədə "Mehr" agentliyinə istinadla xəbər verir.
Agentliyin məlumatına görə, Tehran onları hərbi obyektlərlə yanaşı, Fars körfəzi və Qırmızı dənizdəki mülki və hərbi gəmilərə hücum etməklə hədələyib.